Almaniya Prezidenti karantinə getdi

Almaniya Prezidenti karantinə getdi
Oxunma sayı: 1961

Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer şəxi mühafizəsinin əməkdaşlarının birində koronavirus aşkarlanması səbəbindən karantinə gedib. “Qafqazinfo” “TASS”a istinadən xəbər ki, bu barədə Almaniya Prezidentinin Dəftərxanası bildirib.

Qeyd olunub ki, yoluxan şəxs - Prezidentin mühafizəsinə cavabdeh olan Cinayət işləri üzrə Federal İdarənin komandasının əməkdaşı, “birinci dərəcəli əlaqələndirici şəxs”dir.

“Focus” nəşri xəbər verir ki, Ştaynmayerin verdiyi koronavirus (COVID-19) testinin ilkin nəticəsi mənfi (neqativ) olub.


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi