Almaniya Qana ilə bacarmadı- - Yenilənib+Fotolar

almaniya-qana-ile-bacarmadi-
Oxunma sayı: 1707


"Qafqazinfo" xəbər verir ki, qrupun və mundialın favoriti Almaniya Qana ilə qarşılaşır. Almanlar ilk matçda əsas rəqib Portuqaliyanı 4-0 hesabı ilə məğlub edə bilib. Qana isə ABŞ yığmasına 2-1 hesabı ilə uduzub. Afrika təmsilçisinin bu matçda məğlubiyyəti play-off şanslarını sıfıra endirəcək. Lakin Almaniya növbəti 3 xalı aktivinə yazacağı təqdirdə 1/8 final mərhələsinə vəsiqəni təqdim edəcək. Komandaların start heyətləri belədir;

Almaniya: Manuel Noyer, Jerom Boatenq,  Benedikt Hövedes, Mats Hummels, Filipp Lam (k), Per Metezaker, Məsut Özil,Sami Xedira,  Mario Qötze, Toni Kroos, Tomas Müller

Qana: Fatau Dauda, Asamoa Qyan (k),  Kevin-Prins Boatenq, Atsu, A.Ayyu, Salli Muntari, Yonathan,  Rabiu, Kvadvo Asamoa, Con Boye, Harrison Afful

***

Almaniya-Qana matçında ilk 45 dəqiqinənin sonunda tərəflərdən heç biri fərqlənə bilməyib.

***

51-ci dəqiqədə Mario Götze hesabı açıb


***

Almaniyanın qolundan 3 dəqiqə sonra Ayeu Qananın bərabərlik qoluna imza atdı

***

Asamoa Gian komandasının 2-ci qolunu vurur. 2-1 Almaniya uduzur.

***

71-ci dəqiqədə təcrübəli Miroslav Kloze Almaniyanın bərabərlik qolunu, iştirak etdiyi  dünya çempionatlarında isə 15-ci qolunu vurur. Bu da keçmiş futbolçu braziliyalı Ronaldonun rekordunun təkrarlanması deməkdir.

***

Almaniya Qana matçı 2-2 hesablı bərabərliklə başa çatdı. Komandalar hərəyə 1 xal qazandılar.

İqbal