Almaniya Qarabağla bağlı plan hazırlayıb

almaniya-qarabagla-bagli-plan-hazirlayib
Oxunma sayı: 5196

Almaniya Xarici İşlər Nazirliyi Dağlıq Qarabağ münaqişəsinin davamlı və sülh yolu ilə həll olunması üçün 7 bənddən ibarət plan hazırlayıb.

“Qafqazinfo”nun Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə XİN-dən diplomatik mənbə bildirib.

Mənbənin sözlərinə görə, XİN-nin fikrincə regionda hazırki status-kvo uzunmüddətli perspektiv üçün daimi olmayacaq.

“Münaqişə davam etdiyi müddətdə iki ölkənin cəbhə xəttində kütləvi zorakılıq halları şiddətlənəcək. XİN rəhbəri bu çətin situasiyada ATƏT-in Minsk qrupu həmsədrləri ilə daimi fəaliyyətə önəm verir”, - diplomat qeyd edib.