“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, polis nümayişçilər arasında baş verən toqquşmalarda 220-dən çox insan xəsarət alıb. Bu gün gecə saatlarında isə 26 nəfər saxlanılıb. Nümayişləri yatırmaq üçün polis gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edib. Nümayiçilər, xüsusən də Avropa Mərkəzi Bankının apardığı sərt kəmərsıxma siyasətinə etirazlarını bildiriblər.
Almaniya daxili işlər naziri Tomas de Mezyer isə açıqlamasında bildirib ki, təşkilatçılar aksiya zamanı güc tətbiq ediləcəyini bildirdilər, bu səbəbdən baş verənlərə görə özlərini günahsız göstərməsinlər. Onun sözlərinə görə, bu situasiyanı Kievdə baş verən Maydanla müqayisə etmək yersizdir.
Son xəbərlər
Son Xəbərlər