Almaniya səfiri Moskvaya qayıdıb

almaniya-sefiri-moskvaya-qayidib
Oxunma sayı: 1104

Almaniyanın Rusiyadakı səfiri Aleksander Lambsdorf Berlində məsləhətləşmələrdən sonra Rusiyaya qayıdıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı TASS yayıb.

Almaniya XİN Lambsdorfu mayın 6-da çağırmışdı. Bu zaman onun Berlində 1 həfə qalacağı bildirilirdi. Səfirin çağırılması Almaniyanın Sosial-Demokrat Partiyasının resurslarına hücumda rusiyayönümlü qruplaşmanın ittiham edilməsi ilə bağlı olub. 

Qeyd edək ki, Almaniyanın xarici işlər naziri Annalena Berbok bir müddət əvvəl bildirib ki, Almaniya hökuməti 2023-cü ildə ölkənin Sosial-Demokrat Partiyasının resurslarına kiberhücumda Rusiyanın məsuliyyət daşıdığıını hesab edir.