Almaniya hökuməti başda Səudiyyə Ərəbistanı olmaqla Yəməndə müharibə aparan ölkələrə silah satışını dayandırıb.
“Qafqazinfo” Maide-yə istinadən xəbər verir ki, S.Ərəbistanı Almaniya silahlarının ən böyük müştərisi olub.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı rejimi indiyədək Almaniyadan yüz milyon dollardan artıq silah alıb.
S.Ərəbistanının başçılıq etdiyi koalisiya 3 ilə yaxındır ki, Yəmənin sabiq prezidenti Mənsur Hadini təkrar iqtidara gətirmək məqsədilə ölkəyə təcavüz edir. Hücumlar nəticəsində indiyədək 10 mindən çox yəmənli həyatını itirib, minlərlə insan yaralanıb.
Son xəbərlər
Son Xəbərlər