Almaniya Türkiyə ilə əlaqələri yaxşılaşdırmaq istəyir

almaniya-turkiye-ile-elaqeleri-yaxsilasdirmaq-isteyir
Oxunma sayı: 1087

Almaniya Türkiyə ilə münasibətləri yaxşılaşdırmaq niyyətindədir.

“Qafqazino” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Hayko Maas bildirib. Onun sözlərinə görə, hökumət Türkiyə ilə münasibətləri yaxşılaşdırmaq üçün əlindən gələni edəcək. Maas vurğulayıb ki, Türkiyə onlar üçün təkcə qonşu deyil, həm də mühüm tərəfdaşdır. XİN başçısı “Almaniya Türkiyədə insan hüquqları ilə bağlı vəziyyətdən ehtiyat edir və bu hər iki ölkə arasında münasibətləri çətinləşdirir”,- deyib. 

O, qeyd edib ki, Türkiyəyə rəsmi səfəri zamanı bu mövzu gündəmə gətiriləcək.

Aysel Kərimova