Almaniya Bundes Liqasında mübarizə aparan "Borussiya” klubu ciddi itki ilə üzləşib.
“Qafqazinfo” xəbər verir ki, Dortmund klubu aparıcı futbolçusu İlkay Gündoğanın xidmətindən məhrum olub. 25 yaşlı aparıcı yarımmüdafiəçi mövsümün son matçlarında komandasına kömək edə bilməyəcək.
Almaniya mətbuatında yer alan məlumatlara görə, Gündoğanın zədəsi ciddidir. Belə ki, o yalnız 1 aydan sonra bərpa prosesini başa vuracaq. Bu isə onun Almaniya milli komandası ilə birgə "Avro 2016”-da iştirak etməməsi deməkdir.
Qeyd edək ki, Gündoğan bunadək Almaniya milli komandasının heyətində 16 oyun keçirib və 4 qol vumağı bacarıb.
Son xəbərlər
Son Xəbərlər