Almaniya Ukraynaya 5000 hərbi kaska göndərəcək

almaniya-ukraynaya-5000-herbi-kaska-gonderecek
Oxunma sayı: 1824

Almaniya Ukraynaya 5000 hərbi kaska göndərəcək və Ukraynaya dəstəyini bu şəkildə ifadə edəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Almaniyanın müdafiə naziri Kristina Lambrext Bundestaqın müdafiə komitəsinin iclasında açıqlayıb.

Ukrayna mediası yazır ki, Almaniya Ukraynaya silah tədarük etməkdən imtina edir və NATO ölkələrindən Ukraynaya hərbi yardımın qarşısını almağa davam edir. Belə ki, Berlin Estoniyaya Almaniyada istehsal olunan 122 millimetrlik “D-30” haubitsalarını Ukraynaya verməyi qadağan edib.

Bununla belə, Ukrayna XİN Almaniya ilə silah tədürükü barədə danışıqların hələ başa çatmadığını vurğulayıb.