Almaniya Ukraynaya yeni hərbi yardım paketini açıqlayıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Almaniya hökumət sözçüsü Steffen Hebestreit məlumat verib.
“Ukraynaya bir batalyon, təxminən 40 “Marder” tipli zirehli döyüş maşını göndəriləcək. Bu vasitələrin istifadəsi üçün lazım olan 8 həftəlik təlim ölkəmizdə veriləcək”, - Steffen Hebestreit qeyd edib.
O, “Marder”lərin mart ayının sonuna qədər çatdırılmasının planlaşdırıldığını vurğulayıb.
Son xəbərlər
Son Xəbərlər