Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Xanım Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Cavid Hüseynovun icraatında olan prosesdə hökm oxunub.
Məhkəmə kollegiyasının hökmü ilə X.Məmmədova 7 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə 2016-cı il sentyabr ayında Nəsimi rayonunda baş verib. Almaniya vətəndaşı Axel Güntel Gülbeztin evindən 6000 avro pul oğurlamaqda şübhəli biliən Gürcüstan vətəndaşı Xanım Məmmədova tutulub.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər