Almaniyanın Potsdam şəhərindəki bir xəstəxanada dörd nəfər öldürülüb, biri nəfər ağır xəsarətlər yetirilib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Potsdamer Neueste Nachrichten” qəzeti məlumat verib.
Xəstəxana işçilərindən biri qətldə şübhəli bilinərək polis tərəfindən saxlanılıb, cinayətin motivi dəqiqləşdirilməyib.
“Bütün qurbanlar ağır xarici zorakılıq nəticəsində yaralanıb”,- deyə polisin açıqlamasında bildirilir.
Qurbanların xəstəxananın pasientləri olub-olmadığı hələ ki, məlum deyil. Faciənin baş verdiyi tibb müəssisəsinin əlillərə qayğı göstərmək üçün nəzərdə tutulduğu bildirilib.
Son xəbərlər
Son Xəbərlər