Aprelin 20-də Almaniyanın XİN rəhbəri Frank-Valter Ştaynmayer ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik ilə görüşüb.
"Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, bu barədə Almaniya XİN-in məlumatında deyilir.
Həmsədrlər Almaniya XİN rəhbərinə regiona etdikləri son səfər barədə məlumat veriblər və tərəflər arasında danışıqlara dair təəssüratlarını bölüşüblər. Görüş zamanı Dağlıq Qarabağda atəşkəsin və siyasi danışıqların bərpasının vacibliyi vurğulanıb.
Almaniyanın XİN rəhbəri qeyd edib ki, münaqişədə hazırkı status-kvonun saxlanılması gələcək üçün heç bir zəmanət vermir və yenidən vəziyyətin gərginləşməsi ilə nəticələnə bilər. Onun sözlərinə görə, Almaniya ATƏT həmsədrlərinin fəaliyyətini dəstəkləyir və münaqişənin həlli üçün əlindən gələni əsirgəməyəcək.
Son xəbərlər
Son Xəbərlər