"Qafqazinfo" xəbər verir ki, indiyənə kimi 25 dəfə qarşılaşan Fransa və Almaniya yığmaları yenidən üz-üzə gəlir. Bu görüşlərdən 11-i Almaniyanın xeyirinə başa çatıb, 8 oyunda fransızlar sevinib,6 matç isə heç-heçə bitib. Hazırkı görüşün qalibi yarımfinalın ilk iştirakçısı olacaq. Bu möhtəşəm oyun dünyanın ən gözəl stadionlarından biri olan "Marakana"da keçirilir. Görüşü argentinalı baş hakim Nestor Pitana idarə edir. Komandaların start heyətləri belədir:
Fransa: Lloris, Debuşi, Evra, Varan, Gabaye, Şako, Valbuena, Benzema, Qrizman, Matuidi, Poqba
Almaniya: Noer, Hövedes, Hummels, Xedira, Şvaynştayqner, Özil, Kloze, Müller, Lam, Kroos, Boatenq
***
12-ci dəqiqədə Mats Hummels Almaniyanı hesabda önə keçirdi 1-0
***
Fransa 1-0 hesabı ilə geridə olmasına baxmayaraq daha inamlı və güclü oyun nümayiş etdirir.
***
Almaniya güclü rəqibini minimal hesabla məğlub edərək yarımfinala yüksələn ilk komanda oldu. Onların rəqibi gecə saat 01:00-da keçiriləcək Braziliya Kolmbiya matçından sonra bəlli olacaq.
İqbal
Son xəbərlər
Son Xəbərlər