Alman Azərbaycan Mədəniyyət Evinin icraçı direktoru Rəşad Xasayoğlu deyib ki, bu Şanlı və Qanlı yariximizi yad etmək və xalqımızın qəhrəmanlığını dünyaya daim təbliğ etmək vacibdir: “Biz bundan sonra da bucür kampaniyalarımızı davam etdirəcəyik, millətimizin başına gətirilmiş bu bəlaları dünyaya təbliğ etmək də davam edəcəyik. Bundan sonra qarşıdan digər faciə tarixlərimiz Xocalı, 31 mart sorqrım günlərimiz gəlir. Xalqımıza qarşı törədilmiş bu cinayəti törədənlərin öz hüquqi qiymətinin almasına daim durmadan fəaliyyətimizi artıracağıq. Bizim Avropada güclənməyimizə ehtiyacımız var bu işdə hər kəsin üzərində bir yük var”.
Daha sonra çıxış edən Almaniya Yaşıllar Partiyasının Köln şəhərindən millət vəkili olan Arif Ünal 20 yanvar faciəsini əks etdirən kadrları ürək ağrısı ilə izlədiyini qeyd edib .O ilk dəfə çıxış edərkən çox ağır hisslər keçirdiyini və bucür tədbirdə çıxış etməyin bu qədər olduğunu anladığını qeyd edib.
Tədbirin rəsmi hissəsi Alim Qasımovun tələbəsi Rəhman Mənsimovun ifası və Vahid Tarzənin müşayəti ilə muğamla bitib.
Son xəbərlər
Son Xəbərlər