Almaniyada 2017-ci ilin ən yaxşı futbolçusu məlum oldu

almaniyada-2017-ci-ilin-en-yaxsi-futbolcusu-melum-oldu
Oxunma sayı: 1442

Ötən il Almaniyada ən yaxşı futbolçusunu müəyyənləşdirmək üçün keçirilən səsvermənin nəticələri açıqlanıb.

“Qafqazinfo” Goal-a istinadən xəbər verir ki, bu nominasiyada “Bavariya”nın yarımmüdafiəçisi Coşua Kimmix qalib olub.

O, respondentlərin 45,2% səsini toplayıb. 22 yaşlı havbek Yulian Draksler (PSG, 37,8%) və Mark-Andre ter Şteqeni (“Barselona”, 4,7%) qabaqlayıb. Səsvermədə 52671 nəfər iştirak edib.

Qeyd edək ki, Kimmix ötən mövsüm bundesliqanın 27 oyununda meydana çıxıb. Onun aktivində 6 qol, 1 məhsuldar ötürmə var. Gənc futbolçu 2017-ci ildə Almaniya millisinin heyətində 6 oyun keçirib və 1 qol vurub.