Almaniyanın Türingen əyalətində zəncirvari qəza baş verib.
“Qafqazinfo” “Regnum”a istinadən xəbər verir ki, 50 avtomobilin iştirak etdiyi qəza nəticəsində 25 nəfər yaralanıb. Onlardan 4 nəfərin vəziyyətinin ağır olduğu bildirilir.
Qəzadan sonra magistral yol bağlanıb. Yaralıların daşınması üçün əraziyə 2 təcili yardım helikopteri cəlb edilib.
Faktla bağlı araşdırma araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər