Almaniyada 660 aviareys təxirə salındı - Tətilə görə

almaniyada-660-aviareys-texire-salindi
Oxunma sayı: 1807

Almaniyanın paytaxtı Berlində yerləşən “Tegel” və “Şonofeld” hava limanlarının işçiləri bu gün tətil edərək əmək haqqlarının artırılmasını tələb ediblər.

Qafqazinfo”nun “Milliyet”ə istinadən verdiyi məlumata görə, tətil martın 15-i saat 5:00-a qədər davam edəcək.

Qeyd olunur ki, “Tegel”də 465, “Şonofeld”də 195 aviareys təxirə salınıb. 25 uçuş isə “Lepiziq” və “Drezden” hava limanlarına yönləndirilib.