Almaniyada 8000 insana peyvənd əvəzinə duzlu su vuruldu

almaniyada-8000-insana-peyvend-evezine-duzlu-su-vuruldu
Oxunma sayı: 4324

Almaniyada 8000 xəstəyə koronavirus peyvəndi əvəzinə duzlu su vuran saxta tibb bacısı ilə bağlı məhkəmə qərarı verilib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, 39 yaşlı tibb bacısının Almaniyada etdiyi hərəkətlər ölkə gündəmini zəbt edib.

2021-ci il mart və aprel aylarında tibb bacısı təhsil işçiləri və yaşı 70-dən yuxarı olan həkimlər də daxil olmaqla təxminən 8000 xəstəyə BioNTech Pfizer peyvəndi əvəzinə duzlu su yeridib.

Hadisənin üstü açıldıqdan sonra vəzifəsindən uzaqlaşdırılan tibb işçisi həbs edilib.