Almaniyanın Hanau şəhərində atışmada səkkiz nəfər dünyasını dəyişib. “Qafqazinfo”nun məlumatına görə, bu barədə “Bild” xəbər verib.
Prokurorluqda azı 2 nəfərin öldüyünü təsdiqləyiblər. Öz növbəsində, polis daha beş nəfərin ağır yaralandığını bildirilib.
“Hessenschau” nəşri xəbər verir ki, naməlum şəxs iki yerli qəlyanxanada atəş açıblar. Mənbənin məlumatına görə, əvvəlcə hücum edən şəxs şəhərin mərkəzindəki qəlyanxanada üç nəfəri, daha sonra Kesselştadi rayonundakı obyektdə beş nəfəri güllələyib.
Hücum edən şəxslər hələ tapılmayıb.
**
Hanau şəhərinin polisi atışma nəticəsində səkkiz nəfərin öldüyünü təsdiqləyib.
"Qafqazinfo" bildirir ki, bu barədə "TASS" xəbər verib.
**
Hanau şəhərində atışma törətməkdə şübhəli bilinən şəxs evində ölü tapılıb. “Qafqazinfo”nun məlumatına görə, bu barədə “RİA Novosti” yerli polisə istinadən xəbər verib.
Ehtimal olunan cinayətkarın yanında daha bir cəsəd tapılıb.
İstintaq davam etdirilir.
Son xəbərlər
Son Xəbərlər