Almaniyada bomba həyəcanı - 18 min nəfər təxliyə olundu

almaniyada-bomba-heyecani
Oxunma sayı: 1468

Almaniyanın Lyudviqshafen şəhərində İkinci dünya müharibəsindən qalmış bomba tapılıb.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, şəhərin 18 minədək sakini təxliyə olunub. Bomba tikinti işləri aparılarkən aşkarlanıb. Ehtimal olunur ki, partlayıcı vasitə müharibə dövründə ABŞ tərəfindən atılıb.

Bombanın çəkisi 500 kiloqramdır. Hazırda onun zərərsizləşdirilməsi istiqamətində işlər gedir.