Almaniyada daha bir şəhərdə silahlı hücum

almaniyada-daha-bir-seherde-silahli-hucum
Oxunma sayı: 811

Almaniyanın Landsberq şəhərində silahlı hücum olub.

“Qafqazinfo” “Bild”ə istinadən xəbər verir ki, iki nəfər naməlum şəxs taksi sürücüsünə hücum edərək onu yaralayıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları cinayətkarları axtarır. İnsanlara evdən çölə çıxmamaq tapşırılıb.

Qeyd edək ki, Landsberq bu gün sinaqoqda silahlı hücum edilən Qalle şəhərinin qonşuluğunda yerləşir.