Almaniyada daşqın qurbanlarının sayı 150-ni ötdü

almaniyada-dasqin-qurbanlarinin-sayi-150-ni-otdu
Oxunma sayı: 1400

Almaniyada daşqınlar nəticəsində həlak olanların sayı 156-ya çatıb.

Bu barədə “Qafqazinfo” TASS-a istinadən xəbər verir.

Yerli polisin məlumatına görə, təkcə Arvayler rayonunda (Reynland-Pfalts federal torpağı) təbii fəlakət qurbanlarının sayı 110-a çatıb. Ümumilikdə 670 nəfər xəsarət alıb. Bu rəqəmlərin artacağı istisna olunmur.

Şimali Reyn – Vestfaliyada azı 45 nəfər, Berxtesqadener - Land rayonunda (Bavariya federal torpağı) isə azı 1 nəfər həyatını itirib.

Qeyd edək ki, bazar ertəsindən etibarən Almaniyanın qərbində və cənub-qərbində yağan leysan yağışları dağıdıcı daşqınlara səbəb olub.