Almaniyada daşqın qurbanlarının sayı 165-i ötdü

almaniyada-dasqin-qurbanlarinin-sayi-165-i-otdu
Oxunma sayı: 1706

Almaniyada daşqınlar nəticəsində həlak olanların sayı 169-a çatıb.

Bu barədə “Qafqazinfo” “Agence France-Presse” agentliyinə istinadən xəbər verir.

Onun məlumatına görə, təkcə Reynland-Pfalts federal torpağında təbii fəlakət qurbanlarının sayı 121 nəfər təşkil edir.

Daha əvvəl 164 nəfərin həlak olması barədə xəbər verilirdi.

Qeyd edək ki, iyulun 12-dən etibarən Almaniyanın qərbində və cənub-qərbində yağan leysan yağışları dağıdıcı daşqınlara səbəb olub.