Almaniyada daşqın qurbanlarının sayı artdı - Yenilənib

almaniyada-dasqin-qurbanlarinin-sayi-artdi
Oxunma sayı: 2150

Almaniyanın qərbində daşqınlar nəticəsində həlak olanların sayı 156-ya yüksəlib.

“Qafqazinfo” “Lenta.ru”ya istinadən xəbər verir ki, daha 670 nəfər xəsarət alıb. 

Məlumata əsasən, güclü yağış və daşqınlar səbəbindən ölən və yaralıların sayının artma ehtimalı böyükdür. 

Bununla yanaşı, daşqın Hükesvaqen şəhərində neft sızmasına səbəb olub. “Ria Novosti”nin məlumatına əsasən, Hükesvaqen şəhərinin ətrafında bir neçə müəssisə su altında qalıb. Nəticədə neft və digər maddələrin sızması qeydə alınıb. Hazırda ekspertlər hava və sudan nümunələr götürür.

Qeyd edək ki, “Bernd” siklonu səbəbindən keçən həftədən etibarən Almaniyada leysan yağışları davam edir.

***

Almaniyanın qərbində sel və daşqın qurbanlarının sayı 164-ə çatıb. Bundan əlavə, Reynland-Pfalç bölgəsində 749 nəfər xəsarət alıb.