Almaniyada erkən final - Bilbaoda ispan derbisi

almaniyada-erken-final
Oxunma sayı: 1217

Bu gün Avropa Liqasında ¼ final mərhələsinin ilk oyunları baş tutacaq. “Qafqazinfo” xəbər verir ki, mərhələnin ən maraqlı oyunu Almaniyada oynanılacaq. 

Dortmund “Borussiya”sı “Siqnal İduna Park”da “Liverpul”u qəbul edəcək.

Digər diqqətçəkən qarşılaşma isə ispan derbisi olacaq. “Atletik” və “Sevilya” üz-üzə gələcəklər.

Avropa Liqası
1/4 final mərhələsi, ilk oyunlar

7 aprel

23:05. “Atletik” (İspaniya) – “Sevilya” (İspaniya)
Hakim: Mark Klattenburq
Bilbao. “San Mames” stadionu

23:05. “Braqa” (Portuqaliya) – “Şaxtyor” (Donetsk, Ukrayna)
Hakim: Yonas Eriksson
Braqa. “Munisipial” stadionu

23:05. “Borussiya” (Dortmund, Almaniya) – “Liverpul” (İngiltərə)
Hakim: Karlos Velasko Karbalyo
Dortmund. “Siqnal İduna Park” stadionu

23:05. “Vilyareal” (İspaniya) – “Sparta” (Çexiya)
Hakim: Ovidiu Hateqan
Vilyareal. “Madriqal” stadionu