Almaniyada əyləncə qatarları toqquşdu - 31 nəfər xəsarət aldı

almaniyada-eylence-qatarlari-toqqusdu
Oxunma sayı: 1308

Almaniyanın Bavariya əyalətinin Günzburq şəhərindəki əyləncə parkında iki qatarın toqquşması nəticəsində biri ağır olmaqla 31 nəfər xəsarət alıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Almaniyadakı Bavariya Qırmızı Xaç Təşkilatı açıqlama yayıb.

Açıqlamaya görə, qəzada xəsarət alan 31 nəfərdən 15-i xəstəxanalara çatdırılıb.

Baş verən qəzanın səbəblərini müəyyən etmək üçün araşdırmalara başlanılıb.