Almaniyada eynicinsli nikahlara icazə verildi - Merkel etiraz etmişdi

almaniyada-eynicinsli-nikahlara-icaze-verildi
Oxunma sayı: 773

Almaniya bundestaqı eynicinsli nikahlar haqda qanunu təsdiqləyib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, qanunun leyhinə 393 deputat, əleyhinə 226 deputat səs verib, 4 nəfər bitərəf qalıb. 

Qeyd edək ki, daha əvvəl Almaniya kansleri Angela Merkelin rəhbərliyi altında xristian-demokratlar birliyi qanun layihəsinə qarşı çıxmışdı. 

Merkel özü bildirmişdi ki, ancaq qadın və kişi arasındakı ittifaq nikah hesab edilə bilər.