Almaniyada hərbi helikopter qəzaya uğrayıb - Ölən var

almaniyada-herbi-helikopter-qezaya-ugrayib
Oxunma sayı: 1015

Almaniyanın Bayern əyalətində hərbi helikopter qəzaya uğrayıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, insident Hafurt-Schweinfurt hava limanında qeydə alınıb.

Məlumata əsasən, Almaniya Hərbi Hava Qüvvələrinə məxsus “Sikorsky CH 53” tipli helikopterin qanadları qülləyə dəyib. Qəza nəticəsində hava limanında işləyən 60 yaşlı kişi yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilib. Həkimlərin müdaxiləsinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Xəstəxanada olan digər 4 ekipaj üzvünün də vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma başlayıb.