Almaniyada iki sərnişin qatarı toqquşdu - Ölənlər var

almaniyada-iki-sernisin-qatari-toqqusdu
Oxunma sayı: 1303

Almaniyanın Bavariya vilayətində iki sərnişin qatarı toqquşub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, ehtimala görə, insident qatarlardan birinin relsdən çıxması nəticəsində baş verib. Qəzada 4 nəfərin öldüyü, 100-ə nəfər adamın isə yaralandığı bildirilir. Hazırda qəzanın baş verdiyi əraziyə 100-ə yaxın xilasedici və həkim cəlb edilib.