Almaniyanın Köln şəhərində İkinci Dünya Müharibəsindən qalan partlamamış yeddi bomba zərərsizləşdirilib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, şəhərin Rondorf bölgəsində inşaat işləri aparılarkən tapılan bombaların dördü 250 kiloqramlıq, üçü isə 50 kiloqramlıq təyyarə bombası olub.
Bombalar mütəxəssislər tərəfindən partladılıb.
Zərərsizləşdirmə zamanı bölgədəki bütün ev və iş yerlərindən minlərlə insan təxliyyə edilib, ərazidən keçən yollar bağlanıb, dəmiryolunun fəaliyyətinə fasilə verilib.