Almaniyada koronavirusa yoluxanların sayı 196 nəfərə çatıb. “Qafqazinfo” “RİA Novosti”yə istinadən bildirir ki, bu barədə Robert Kox İnstitutu məlumat verib.
Daha əvvəl 188 yoluxma faktı təsdiqini tapmışdı.
Ölkədə koronavirusdan əziyyət çəkənlərin daha çoxu əvvəlki kimi Şimali Reyn-Vestfaliya torpağında yaşayır (103), daha sonra Bavariya (37), Baden-Vürtemberq (28) və Hessen (12) gəlir. Yoluxma faktları Berlin (3), Hamburq, Reynland-Pfaltse, Şlezviq-Qolşteyn, Bremen, Aşağı Saksoniya (hər birində 2 yoluxma faktı), Brandenburq, Saksoniya və Türinqiyada (hər üçündə 1 yoluxma faktı) qeydə alınıb.
Son xəbərlər
Son Xəbərlər