Almaniyada koronavirusa yoluxanların sayı sürətlə artır

almaniyada-koronavirusa-yoluxanlarin-sayi-suretle-artir
Oxunma sayı: 2317

Son 24 saat ərzində Almaniyada 2,801 insan yeni tip koronavirusa (COVİD-19) yoluxub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Almaniyanın Robert Kox İnstitutu açıqlama yayıb. Bununla da ölkədə virusa yoluxanların ümumi sayı 13,083-ə çatıb.

31 nəfər isə xəstəlik səbəbindən həyatını itirib.

Qeyd edək ki, dünya üzrə koronavirusa yoluxanların sayı 220,000-i keçib.