Almaniyada koronavirusa yoluxmada yeni antirekord

almaniyada-koronavirusa-yoluxmada-yeni-antirekord
Oxunma sayı: 1439

Almaniyada pandemiya dövründə koronavirusa yoluxmada ən yüksək göstərici qeydə alınıb.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, son sutkada ölkədə 37 120 nəfər yeni növ koronavirusa yoluxub, 154 nəfər isə vəfat edib.

Daha əvvəlki antirekord ötən gün qeydə alınmışdı (33 949 nəfər). 

Qeyd edək ki, Almaniyada pandemiya başlayandan indiyədək 4 709 488 nəfər yeni növ koronavirusa yoluxub, 96 346 nəfər isə vəfat edib.