Almaniyada koronavirusa yoluxanların sayı 137 439-a, xəstəlik səbəbindən ölənlərin sayı isə 4 110-a çatıb.
"Qafqazinfo" xəbər verir ki, bu barədə Almaniyanın Robert Kox İnstitutu açıqlama verib.
Açıqlamada bildirilib ki, Almaniyada son 24 saatda daha 3 609 nəfərdə koronavirusa yoluxma faktı aşkarlanıb, daha 242 nəfər isə xəstəlik səbəbindən həyatını itirib.
Qeyd edək ki, dünya üzrə 2,251,817 insan koronavirusa yoluxub, onlardan 154,311 nəfəri xəstəlik səbəbindən həyatını itirib.
Son xəbərlər
Son Xəbərlər