Almaniyada koronavirusdan ölənlərin sayı 6 mini ötdü

almaniyada-koronavirusdan-olenlerin-sayi-6-mini-otdu
Oxunma sayı: 751

Almaniyada koronavirusa yoluxanların sayı 158 758-ə, xəstəlik səbəbindən ölənlərin sayı isə 6 126-ya çatıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Almaniyanın Robert Kox İnstitutu açıqlama verib.

Açıqlamada bildirilib ki, Almaniyada son 24 saatda daha 988 nəfərdə koronavirusa yoluxma faktı aşkarlanıb, daha 163 nəfər isə xəstəlik səbəbindən həyatını itirib.

Qeyd edək ki, dünya üzrə 3 065 889 insan koronavirusa yoluxub, onlardan 211 663 nəfəri xəstəlik səbəbindən həyatını itirib.