Almaniyada kurs keçəcəklər

almaniyada-kurs-kececekler
Oxunma sayı: 644

Nazirliyin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, 14-16 mart tarixlərində 72 sahibkar və gənc menecer arasında Almaniyanın GİZ təşkilatının və “Baden Vüttenberq İxrac Akademiyası” Tədris Mərkəzinin nümayəndələri tərəfindən keçirilmiş müsabiqənin nəticələri açıqlanıb. Nəticələrə əsasən, iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən 45 namizəd müsabiqədə müvəffəqiyyət qazanıb. Onlardan 25 nəfəri iyunun 10-dan iyulun 6-dək, 6 nəfəri isə oktyabr-noyabr aylarında, həmçinin, aqrar, mənzil-kommunal, səhiyyə, sənayedə enerji səmərəliliyi sahələrini təmsil edən 10 mütəxəssis isə oktyabr-noyabr aylarında beynəlxalq qrupun tərkibində Almaniyada ixtisasartırma kursu keçəcək. Qalan 4 mütəxəssis isə 2013-ci ilin əvvəllərində Almaniyada 3 aylıq ixtisasartırma kursunda iştirak edəcək.

Aprelin 7-də müsabiqədən keçmiş namizədlər üçün Almaniyanın GİZ təşkilatının beynəlxalq eksperti Vladislav Belov və “Europanorat” Tədris Mərkəzinin nümayəndəsi Lyudmila Korbut tərəfindən Bakı Biznes Tədris Mərkəzində hazırlıq seminarı keçirilib. İki gün davam edən tədbirdə sahibkarlara və gənc menecerlərə beynəlxalq iqtisadi kooperasiya, Almaniya müəssisələri ilə işgüzar danışıqların aparılması və işgüzar əlaqələrin qurulması və s. barədə ətraflı məlumat verilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Tədbir çərçivəsində iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış tədris-metodiki vəsaitlər paylanılıb.

Nigar Məmmədli