Almaniyada kütləvi etiraz aksiyaları keçirilib

almaniyada-kutlevi-etiraz-aksiyalari-kecirilib
Oxunma sayı: 1066

Dünən Almaniyanın bir sıra şəhərlərində irqçiliyə qarşı etiraz aksiyaları keçirilib.

Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Berlin, Hamburq, Münhen, Leptsiq və Boxumda keçirilən nümayişlərdə 20 minədək adam iştirak edib. Nümayiş iştirakçıları hesab edirlər ki, Almaniya hökuməti irqçilik və nifrət zəminində cinayətlərin artması ilə bacarmır.

Aksiyada iştirak edənlər arasında kilsə, hüquq müdafiəsi təşkilatları və bir sıra həmkarlar ittifaqının nümayəndələri də yer alıb.

Aysel Kərimova