Almaniyanın Duysburq şəhərində “Auf dem Damm” metro stansiyasında qəza baş verib.
“Qafqazinfo” “Express”ə istinadən xəbər verir ki, qatarlardan biri eyni xətdə hərəkət edən başqa qatara çırpılıb.
Hadisə nəticəsində 2-si ağır olmaqla 35 nəfərin yaralandığı bildirilir. Qəza yerinə çoxlu sayda təcili yardım və polis cəlb edilib.
Qəza səbəbindən stansiyanın fəaliyyəti dayanıb.
Son xəbərlər
Son Xəbərlər