Almaniyada meymunçiçəyi xəstəliyinə yoluxan şəxslər üçün karantin tətbiq ediləcək.
“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə məlumatı Almaniyanın səhiyyə naziri Karl Lauterbax açıqlayıb.
Xəbəri rus dilindıə oxuyun: Паника на борту самолета, вернувшегося в Баку после шторма - Видео
Onun sözlərinə görə, sözügedən xəstəliyə yoluxan şəxslər minimum 21 gün karantin rejimində saxlanılacaq.
Bununla yanaşı, meymunçiçəyinə yoluxmuş şəxslərlə təmasda olanların da özünütəcrid etməsi ciddi olaraq tövsiyə edilir.
Qeyd edək ki, son günlər Avstraliya, Belçika, Böyük Britaniya, Almaniya, İspaniya, İtaliya, Kanada, Portuqaliya, ABŞ, Fransa, İsveçrə, İsveç, Danimarka və Sloveniyada meymunçiçəyinə yoluxma aşkar olunub. Mayın 23-nə olan məlumata görə, Almaniyada meymunçiçəyinə 4 yoluxma halı qeydə alınıb.