Almaniyada naziri qaçırmaq istəyənlər həbs olundu

almaniyada-naziri-qacirmaq-isteyenler-hebs-olundu
Oxunma sayı: 2084

Almaniyada səhiyyə naziri Karl Lauterbahın oğurlanmasını planlaşdıran və ölkə daxilində elektrik enerjisini kəsmək üçün enerji infrastrukturunda təxribat törətməkdə şübhəli bilinən 4 nəfər həbs edilib.

“Qafqazinfo” The Guardian” nəşrinə istinadən xəbər verir ki, polisin məlumatına görə, həbs olunanlar Almaniyanın mövcudluğuna qarşı çıxan ifrat sağçı “Reyxsbürger” qruplaşması ilə əlaqəlidirlər. Onlar pandemiya ilə bağlı karantin tədbirlərinə və məcburi peyvəndlənməyə qarşı etiraz aksiyalarında iştirak ediblər.

Polis bir neçə federal ştatda yerləşən 20 ünvanda axtarış aparıb. Silahlar, o cümlədən “Kalaşnikov” avtomatı, döyüş sursatı, qızıl külçələr, gümüş sikkələr, külli miqdarda valyuta, o cümlədən xarici valyuta ehtiyatları, habelə saxta peyvənd sertifikatları müsadirə edilib.

Nəzrin Cavad