Almaniyada partlayış - 1 ölü

almaniyada-partlayis
Oxunma sayı: 2098

Almaniyanın paytaxtı Berlində bomba yüklü maşın partladılıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Berlin polisinin sosial şəbəkə üzərindən verdiyi açıqlamaya görə, maşının partlamasına mexanizm və  partayıcı maddə səbəb olub.

Məlumata görə partlayışda bir nəfər dünyasını dəyişib. Yararsız hala düşən maşın təhlükəsiz bölgəyə yerləşdirilib və maşında yenidən partlama təhlükəsi yaradacaq maddələrin olub olmaması araşdırılır.

Aysel Kərimova