Almaniyada peyvəndlənmə tarixi məlum oldu

almaniyada-peyvendlenme-tarixi-melum-oldu
Oxunma sayı: 2671

Almaniya Kansleri Angela Merkel Parlamentdə çıxışı zamanı koronavirusa qarşı peyvəndin vurulma tarixini açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, Merkel “COVID- 19”a yoluxanların sayının hələ də çox olduğunu, bu səbəbdən hökumətin həyəcan keçirdiyini ifadə edib.

O vurğulayıb ki, vaksinlərin tətbiqi bu ilin sonunda baş tuta bilər:

“Yanvar ayından əvvəl hər şey tam olaraq həll olunmayacaq. Ancaq Yeni İldən əvvəl vaksinlərin vurulması reallaşa bilər”.

Qeyd edək ki, ölkədə sərt karantin rejimi dekabrın 20-dək uzadılıb.