Almaniyanın cənubunda Qarmiş-Partenkirhen şəhərində qatar relsdən çıxıb.
“Qafqazinfo” “Focus online” nəşrinə istinadən xəbər verir ki, hadisə nəticəsində bir neçə şəxs yaralanıb.
Məlumata görə, qəzanın səbəbləri hələ ki məlum deyil.
***
Almaniyanın cənubunda yerləşən Garmiş-Partenkirhen şəhəri (Bavariya əyaləti) yaxınlığında qatarın qismən relsdən çıxması nəticəsində azı üç nəfər həlak olub. Bu barədə regional polis tviterdə məlumat yayıb.
"Aachener Zeitung" nəşri qəzada 60 nəfərin zərər çəkdiyini yazır. Onlardan 16 nəfəri ciddi xəsarətlər alıb. Qəzanın səbəbi hələlik məlum deyil.
Hadisə Bakı vaxtı ilə saat 14:20 radələrində baş verib. Bir neçə vaqon relsdən çıxaraq aşıb. Qəza yerinə xilasedicilər işləyir. Dəmir yolunun Münxen və Harmiş-Partenkirxen arasındakı hissəsi bağlanıb.
Xilasetmə əməliyyatlarına qonşu Avstriyadan da helikopterlər cəlb edilib.
Digər təfərrüatlar barədə məlumat verilmir.
Son xəbərlər
Son Xəbərlər