Almaniyada silahlı şəxs sərnişinləri girov götürdü

almaniyada-silahli-sexs-sernisinleri-girov-goturdu
Oxunma sayı: 1373

Almaniyanın cənubunda silahlı şəxs avtobusda 3 sərnişini girov götürüb.

“Qafqazinfo” “Bild” nəşrinə istinadən xəbər verir ki, hadisə Bovariyada qeydə alınıb. Girov götürülənlər turist avtobusunun sərnişinləridir. Polis magistral yolu hər iki tərəfdən bağlayıb və hadisə yerinə xüsusi təyinatlılar gəlib. Əməliyyat zamanı üç dəfə atəş səsi eşidilib.

Polis əraziyə helikopterlə də nəzarət edir.