Almaniyada sürətli koronavirus testlərinin satışına başlanıldı

almaniyada-suretli-koronavirus-testlerinin-satisina-baslanildi
Oxunma sayı: 1741

Almaniyada evdə tətbiq oluna bilən sürətli koronavirus testlərinin satışına başlanılıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bir çox mağazalar şəbəkələrində bu gündən etibarən satışa çıxarılan sürətli test dəstləri qısa müddətdə bitib.

Test dəstləri 25 avrodan satışa çıxarılıb. Hər dəstdə beş test üçün ləvazimat var.

Bu dəstlərin yaxın gələcəkdə kosmetika mağazalarında da satışa çıxarılması planlaşdırılır.