Almaniyada sürücü avtomobili insanların üzərinə sürdü - 30 yaralı+Yenilənib

almaniyada-surucu-avtomobili-insanlarin-uzerine-surdu
Oxunma sayı: 1688

Almaniyanın Folkmarzen şəhərində sürücü “Mercedes” markalı avtomobilini karnavala qatılan insanların üzərinə sürüb.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, azı 15 nəfər yaralanıb. Onların arasında uşaqlar da var. İnsidenti törədən sürücü saxlanılıb. Onun bu hadisəni hansı səbəbdən törətməsi bilinmir.

Hadisə yerinə təcili tibbi yardım briqadası göndərilib.  

*** 

Yaralıların sayı artaraq 30 nəfəri ötüb.