Almaniyada 16 yaşlı orta məktəb şagirdinin evindən silah və bomba qurğusu tapılıb.
“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, məktəbdə "terror hücumu" planlaşdırdığı güman edilən "ifrat sağçı" lisey şagirdi saxlanılıb.
Şimali Reyn-Vestfaliya əyalətinin Essen şəhərində yaşayan 16 yaşlı şagirdin evindən əl istehsalı silahlar, əldəqayırma bomba, ksenofob fikirlər yazılmış vərəqələr tapılıb.
Şübhəlinin evinin yaxınlığındakı hər iki məktəbdə bomba qurğuları üçün axtarış aparılıb.
Almaniya polisinin verdiyi açıqlamada, ehtimal olunan neofaşist terror aktı şübhəlisinin ələ keçirildiyi bildirilib.
Yerli media xəbər verir ki, polis şübhəli lisey şagirdinin sinif yoldaşının xəbəri ilə hərəkətə keçib.
Bildirilib ki, şübhəli şəxs dostuna “orta məktəb şagirdlərinə qan vannası qəbul etdirəcəyini” deyib.
Son xəbərlər
Son Xəbərlər