Almaniyada təyyarə qəzaya düşüb - Ölənlər var

almaniyada-teyyare-qezaya-dusub
Oxunma sayı: 788

Almaniyanın Hannover şəhəri yaxınlığında yüngülmotorlu təyyarə qəzaya uğrayıb.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, bu barədə yerli DPA agentliyi məlumat yayıb.

İnsident nəticəsində təyyarənin göyərtəsində olan 2 nəfər ölüb.

İlkin ehtimala əsasən təyyarə elektrik xəttinə çırpılıb. Hadisə yerli vaxtla 18.00-da baş verib.

Faktla bağlı araşdırma aparılır.