Almaniyada turistlərin avtobusu qəzaya düşüb.
“Qafqazinfo” xəbər verir ki, pensiyaçıları Bavariyadan daşıyan avtobus Karlsrue şəhərində zibil daşıyan maşınla toqquşub. Nəticədə 30 nəfər yaralanıb, 1 qadın ölüb. Yaralılardan 2-nin ağır vəziyyətdə olduğu bildirilir. Hadisənin səbəbləri araşdırılır.
Aysel Kərimova
Son xəbərlər
Son Xəbərlər